Xorvatiyanın HTV kanalında yayımlanan “Məktəb Saat”ı verilişinin teleaparıcısı Zlata Makın qəfildən “dünyasını dəyişməsi” ilə bağlı arxiv görüntüləri uzun müddət sosial mediada müzakirə mövzusu olub. Bu gün yerli mediada proqramın bir qədər gec gündəmə gətirilən 23 fevral 2013-cü il tarixində efirə gedən buraxılışında aparıcının öldüyü iddia olunurdu. Əslində teleaparıcı sadəcə huşunu itirir. Bununla da verlişində oksigenin insan həyatında həlledici rolundan bəhs edən Zlata oksigensiz həyatın mövcud olmadığını qeyri-ixtiyari olaraq əyani şəkildə nümayiş etdirmiş olur. Yerli KİV-in məlumatına görə, həmin vaxt xanım aparıcı üç aylıq hamilə olub. Elə onun huşunu itirməsi də hamiləlik zamanı qeydə alınan anomaliya kimi qiymətləndirilir. Özünə gələndən sonra verlişə davam edən Xanım Mak "Yaxşı, indi biz hamımız şahidi olduq ki, kifayət qədər oksigen olmayanda nə baş verir", - deyə zarafatla proqramı yekunlaşdırır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.