Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarında təhlükəsizlik tədbirləri ilə bağlı Daxili İşlər Nazirliyində 15 köməkçi qərargah yaradılıb. Bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında deyib. C.Məmmədov bildirib ki, bu qərargahlar tədbirlər keçirilən məkanlar və qeyri-yaşayış sahələri üzrə yaradılıb. Onun sözlərinə görə, obyektlər, dayanacaqlar, avtobusların müşahidəsi xüsusi chazlarla yoxlanılacaq. C.Məmmədov deyib ki, artıq bütün sahələr üzrə DİN-in şəxsi heyətinin hazırlığı bir daha yoxlanılıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.