Türkiyəli aktrisanın gözəlliyi ingilislərin də diqqətindən yayınmayıb. Oynadığı obrazlarla ərəb dünyasında da populyarlıq qazanan tanınmış türk aktrisa Tuba Büyüküstün Avropada da ən gözəl qadınlardan biri kimi tanınır. Şotlandiyanın ən yaxşı universitetlərindən biri olan Qlazqo universitetində türkiyəli aktrisa dərs mövzusu olub. Belə ki, universitetin tib fakültəsində anatomiya dərsi üzrə tədris nümayəndələri “ən ideal üz” kateqoriyasında Tuba Büyüküstünün də simasını nümunə kimi göstəriblər. Türkiyəli məşhurla yanaşı, eyni kateqoriyada Aişvariya Rey, Ancelina Coli kimi aktrisaların da siması tələbələrə göstərilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.