banner
banner

Sosİal

Votsapda yeni funksiya işə salındı

Votsapda yeni funksiya işə salındı

Votsap istifadəçiləri daha bir yeni funksiyadan yararlana biləcək.

Cia.az “The Verge” portalına istinadən xəbər verir ki, artıq votsapda istifadəçi tərəfindən seçilən müvafiq vaxtdan sonra yeni söhbətlərdə ismarıclar avtomatik silinəcək.

Yeni funksiya sayəsində ismarıclar 24 saat, bir həftə və yaxud 90 gündən sonra avtomatik silinə biləcək.

Sözügedən funksiyadan Android və İOS ilə çalışan telefonlarda istifadə etmək mümkündür. Bu xidmətdən yararlanmaq üçün votsapda məxfilik bölməsinə daxil olmaq və “silinən mesajlar”ı seçmək lazımdır.

Yen funksiyanın dekabrın 6-dan etibarən əlçatan olduğu bildirilir. Bununla belə, qeyd olunur ki, yenilənmənin telefonunuzda peyda olması bir neçə gün davam edə bilər. 

Qeyd edək ki, ismarıcları silən funksiya ötən il tətbiq olunub və indiyədək hər çatda ayrıca işə salmaq tələb olunurdu.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.