banner
banner

Sosİal

İnternet televiziyalarla bağlı rəsmi açıqlama

İnternet televiziyalarla bağlı rəsmi açıqlama

““İnternet televiziyalar mütləq lisenziya almalıdır, almasa, fəaliyyət göstərməyəcək”, -  deyə bir müddəa qanunda yoxdur”.

Cia.az xəbər verir ki, bunu Media İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov İTV-də “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

O qeyd edib ki, internet televiziyalar yayımlandığı platformadan asılı olaraq fəaliyyət göstərəcək: “Əgər internet televiziya fəaliyyət göstərmək, birbaşa bizim mənzillərimizdən yayımlanmaq istəyirsə, könüllü olaraq özü gəlib bizə müraciət edib lisenziya alacaq və fəaliyyətə başlayacaq. Bu zaman onun yutub, feysbuk kimi platformalarda paralel yayımlanması şərt deyil. Əsas şərt 6 saatlıq efir yayımı, eyni zamanda öz saytında yayımın paralel aparılmasıdır”.

Ə.İsmayılovun sözlərinə görə, internet televiziya bunu istəmirsə, qanun hər hansı məhdudiyyət qoymayacaq: “Əgər o yutubda qalmaq istəyirsə, qanun buna məhdudiyyət qoymayacaq. Çünki bunun nə texniki, nə də hüquqi əsası var”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.