Dekabrın 8-dən 12-dək Antalya şəhərində universal (unifight) döyüş idman növü üzrə dünya çempionatı keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin yarışda beynəlxalq turnirlərin mükafatçısı, Avropa çempionu, Sabunçu RPİ PPXB-nin polis baş serjantı Orxan Şükürov da iştirak edib.
Belə ki, o, 85 kiloqram çəki dərəcəsində ilk rəqibi - İran idmançısına qalib gəlib. Daha sonra O.Şükürov Qazaxıstan və Özbəkistan idmançılarından üstün olub.
Final döyüşündə O.Şükürov ukraynalı döyüşçüyə bir xalla məğlub olaraq yarışın gümüş mükafatçısı olub.
Qeyd edək ki, həmin yarışda Azərbaycan yığma komandası 32 nəfərlik heyətlə ölkəmizi təmsil edib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.