banner
banner

Sosİal

Gələn il uşaqlara müavinətlər veriləcək - Nazir müavini

Gələn il uşaqlara müavinətlər veriləcək

Gələn il uşaqlarla bağlı 9 istiqamət üzrə müavinətlər veriləcək.

 

Cia.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda Mövcud Ailə Münasibətləri: Sosial-Psixoloji Təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrinə dair konfrans zamanı deyib.

 

Onun sözlərinə görə, aztəminatlı ailələrin sosial xidmətlərə daha çox çıxışını təmin etmək üçün ciddi layihələr həyata keçirlirib. 800-dən çox uşaq bu proqramdan yararlanıb.

 

"Növbəti illərdə sırf sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası ilə bağlı yeni sənəd hazırlanıb. Bu, Milli Fəaliyyət Planıdır və növbəti 6 ildə icra olunacaq.

 

Digər layihə isə övladlığa götürmə, valideyn himayəsindən məhrum olan uşaqlarla bağlıdır. 106 uşaq yeni ailələrə verilib. Ailələrin qiymətləndirilməsində elektron platformadan istifadə edilib. Növbəti layihə himayədar ailə layihəsidir. Bu da uşaqların cəmiyyətə inteqrasiyası üçün vacibdir", - nazir müavini deyib.

 

A.Kəromov bildirib ki, hazırda 50 mindən çox ailə, 200 mindən çox vətəndaş ünvanlı dövlət sosial yardımı alır. Onlardan yarıdan çoxu qadın və uşaqlardır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.