Dövlət Dəniz və Liman Agentliyində yeni təyinat olub.
Cia.az-ın məlumatına görə, Renat Rzayev Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən agentlikdə sədr müavini vəzifəsini icra etməyə başlayıb.
1983-cü il təvəllüdlü Renat Rzayev 2004-cü ildə Dövlət Dəniz Akademiyasından “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” ixtisası üzrə məzun olub.
O, 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında Baş dövlət bayraq nəzarəti müfəttişi, böyük məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində işləyib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.