Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Azərbaycanda bu ilin 9 ayı ərzində doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edən adların siyahısı açıqlanıb.
Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, oğlan adları arasında ən çox populyarlıq qazanan ad Yusif adıdır. Belə ki, bu ilin 9 ayı ərzində doğulmuş oğlan uşaqlarından 2702 nəfərə Yusif adı verilib. Daha çox qoyulan oğlan adları arasında Əli (1735), Hüseyn (1705), Ömər (1098), Məhəmməd (962), İbrahim (644), Kənan (616), Nihad (609) adları da var.
Qız uşaqlarına verilən ən populyar ad isə Zəhra adıdır. Belə ki, 2412 uşağa Zəhra adı verilib. Populyarlıq qazanan digər qız adları isə - Nuray (1747), Fatimə (1651), Ayan (1200), Aylin (1254), Zeynəb (1145), Xədicə (903), Mədinə (779), Leyla (763), Fidan (742), Gülay (739), Nəzrin (610) adlarıdır.
Zəhra və Yusif adları son beş ildə Azərbaycanda ən çox qoyulan adlar siyahısında birinci yeri tutur. Son beş ildə 15905 uşağa Zəhra, 15819 oğlana isə Yusif adı verilib.
Qeyd edək ki, populyarlıq qazanmayan adlar Süleyman və Səbinə adlarıdır. Belə ki, son beş ildə 1366 uşağa Süleyman, 1363 nəfərə isə Səbinə adı verilib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.