Siqaretin daha bir ziyanı ortaya çıxdı. Sən demə siqaret çəkənlər daha çox bel ağrısından əziyyət çəkirlər. ANS PRESS-in məlumatına görə, amerikalı alimlər zərərli vərdişlə bağlı daha bir araşdırma aparıblar. Nəticədə bəlli olub ki, siqaret çəkənlər çəkməyənlərlə müqayisədə xroniki bel ağrılarından 3 dəfə daha çox əziyyət çəkirlər.
Bunu müəyyən etmək üçün bel ağrısından şikayət edən onlanın beyin tomoqrafiyası çəkilib. Onlar bir ildə 5 dəfə müayinə ediliblər. Onların siqaret çəkib çəkmədiyi soruşulub və ağrıları dəyərləndirmələri xahiş edilib.
Siqareti atanlarda xroniki ağrıya olan həssaslıq azalır.
Belə ki, siqaret beynin bel ağrısına verdiyi reaksiyaya təsir edir və insanların ağrıya dözümsüz olmasına yol aşır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.