banner
banner

Sosİal

Regionlarda İT təlimçilərin ilk təlimi başa çatdı - FOTOLAR

Regionlarda İT təlimçilərin ilk təlimi başa çatdı

Azərbaycan Telefon Rabitəsinin 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və UNESCO təşkilatının dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı və “Aztelekom” MMC-nin tərəfdaşlığı ilə regionlarda informasiya texnologiyaları (İT) sahəsində təlimçilərin hazırlanmasına yekun vurulub.

Bu barədə  Cia.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 Qeyd olunub ki, təlimlərin əsas məqsədi ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən bir qrup İT mütəxəssisinin təlimçilik bacarıqlarını yüksəltmək və regionlarda peşəkar İT təlimçilərin sayını artırmaq olub.

Yekun olaraq müxtəlif regionlarda keçirilən təlimlərdə iştirak edib uğurla bitirən 20 nəfər təlimlərin Bakı şəhərində keçirilən son mərhələsində sertifikat əldə edib.

Təlimləri uğurla başa vuran mütəxəssislərin iştirakı ilə 2022-ci ildə müxtəlif regionlarda İT əsasları üzrə təlimlərə start verilməsi nəzərdə tutulub. Qeyd edək ki, bu təlimlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və UNESCO təşkilatının dəstəyi ilə “Gənc İT peşəkarlar” layihəsi çərçivəsində keçirilir.

 

 



 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.