banner
banner

Sosİal

Şuşada doqquz yarımstansiya tikiləcək

Şuşada doqquz yarımstansiya tikiləcək

2021-ci ildə Qarabağ regionundan enerji təchizatı şəbəkəsinə qoşulma ilə əlaqədar 36 onlayn müraciət daxil olub.

 

Bu barədə Cia.az-a  “Azərişıq” ASC-dən məlumat verilib.

 

Qeyd edilib ki, Şuşa şəhərinin baş planına uyğun olaraq 9 ədəd 35 kV-luq yarımstansiyanın tikilməsi nəzərdə tutulub. Nəzərdə tutulan yarımstansiyaların 6-sı tikilməkdədir və 3 yarımstansiyanın tikinti quraşdırma işləri bitmək ərəfəsindədir:

 

"Şuşa şəhərində gələcəkdə istifadəyə veriləcək yarımstansiyalardan çıxan elektrik naqilləri yeraltı çəkiləcəkdir. İlk dəfə olaraq yarımstansiyadan abonentin sayğacına qədər və hətta sayğacda olan məlumatları belə rəqəmsal idarəetmə mərkəzi vasitəsi ilə onlayn oxunmaq və idarə etmək mümkün olacaq.

 

Kəlbəcər şəhərində də mütəmadi olaraq işlər davam etdirilir və əksər hərbi hissələr elektrik enerjisi ilə təmin olunmuşdur. Eyni zamanda Güləbirddən Laçın dəhlizinə qədər və həmçinin Laçın dəhlizindən keçməklə Minkənd istiqamətində 35 kV-luq yeni xətlərin çəkilişinin 70%-dən çoxu icra olunub və hazırda da işlər davam etdirilir", - məlumatda deyilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.