Avropada yeni ilin ilk hərracında təbii qazın qiyməti xeyli azalaraq 800 ABŞ dollarından aşağı düşüb.
Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, Londondakı “İCE Futures” birjasında keçirilən hərracda qazın fevral fyüçersləri hər 1 000 kubmetr üçün əvvəlcə 817 dollardan satılsa da, sonradan daha 6% ucuzlaşaraq 772 dollardan satılıb.
Sonuncu dəfə "köhnə qitə"də "mavi yanacaq" bu qiymətə noyabrın 10-da olub.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.