Azərbaycanda çörək və un məmulatları istehsalçıları öz məhsullarının qiymətini qaldırıblar. Virtualaz.org- ın məlumatına görə, supermarket və mağazalarda zavodlarda istehsal olunan çörək 20 qəpik bahalaşıb.
Bahalaşma dünya bazarında buğdanın və unun bahalaşması ilə bağlıdır.
50 kiloqramlıq buğda ununun bir kisəsi isə 8-10 manat bahalaşıb. Karmen" ununun bir kisəsinin qiyməti 26 manatdan 36 manata, "Faduoğlu" ununun kisəsi 28 manatdan 38 manata, "Sünbül" ununun kisəsisi isə 29 manatdan 39 manata qalxıb
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.