Ölkəmizdə olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşamalarını leqallaşdırmaq (qanuniləşdirmək) üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.
Cia.az xəbər verir ki, bu barədə Xidmətin yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, Azərbaycanda tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq, miqrasiya qanunvericiliyinin tələblərini pozan, uzun müddət olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşayan əcnəbilər barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarma tənbehinin tətbiqi məhdudlaşdırılıb.
Bununla əlaqədar olaraq, ölkədə uzun müddət olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşayan əcnəbilər yaşamalarını leqallaşdırmaq (qanuniləşdirmək) məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmək üçün dəvət olunurlar. Leqallaşma (qanuniləşmə) vaksinasiya olunmaq və tibbi xidmətlərdən yararlanmaq, ölkə ərazisində hüquqi hərəkətlər etmək, həmçinin gələcəkdə daha sərt inzibati tənbeh tədbirlərinin tətbiq olunmaması baxımından zəruridir.
Ölkə ərazisində yaşamalarını leqallaşdırmaq (qanuniləşdirmək) üçün əcnəbilərdən və ya onların nümayəndələrindən regional miqrasiya idarələrinə yaxınlaşmaq tələb olunur. Regional miqrasiya idarələrinin ünvanlarını buradan əldə edə etmək mümkündür.
Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.