banner
banner

Gündəm

Bayraq Meydanı İdarəsinin keçmiş rəisinin- kralsayağı həyatı

Bayraq Meydanı İdarəsinin keçmiş rəisinin-

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov-Martirosovun Bakıda daha bir restoranı üzə çıxıb.

Bu Bakıdakı məşhur “Senator” restoranıdır.

Yada salaq ki, erməni köklərinə malik bakılı biznesmenin paytaxtda bahalı və elit restoranlardan ibarət böyük bir şəbəkənin sahibi olduğu üzə çıxıb.

Mənbələrin verdiyi məlumata görə, sabiq məmurun Bakıda on milyonlarla manat dəyərində əmlakı var. Rəşad Məmmədov-Martirosovun ailəsi hazırda Bəşir Səfəroğlu küçəsindəki (Bakı Ağır Cinayətlər Məhkəməsinin binası ilə üzbəüz) binada dördmərtəbəli penthausda yaşayır. Onun mənzilinin sahəsi 2 min kvadratmetrdən artıqdır. Bir məmurun on milyonlarla, yüz milyonlarla manatlıq sərvəti və kralsayağı həyat tərzi isə onun gəlir bəyannaməsi ilə heç cür uzlaşmır. Hüquq-mühafizə orqanları bununla yəqin ki, məşğul olmalıdır.

Oliqarx Məmmədov-Martirosovun ailəsi sosial şəbəkələrdə özlərinin Bakıda və xaricdəki super kurortlarda (Kurşavel, Maldiv adalarında, Fransa Rivyeresində və s.) dəbdəbəli həyatlarını əks etdirən fotoşəkillər paylaşıb.

Bir tərəfdən bu da Azərbaycandakı erməni azlığın sıxışdırıldığını iddia edən bəzi tənqidçilərə ən tutarlı cavabdır. Belə ki, Martirosovun həyat tərzi bu iddiaların əksini göstərir - ermənilər Bakıda kef çəkir.

Virtualaz.org saytı yaxın vaxtlarda Məmmədov-Martirosovun Buzovnadakı şəxsi mülklərinin fotolarını dərc edəcək. Bu mülklərin çoxu öz ev-eşiyindən kompensasiya ödənilmədən zorla çıxarılmış minlərlə azərbaycanlının qanı-canı hesabına tikilib.

(virtualorg.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.