banner
banner

İqtİsadİyyat

Hansı pullar dövriyyədən çıxarılır? - Mərkəzi Bankdan AÇIQLAMA

Hansı pullar dövriyyədən çıxarılır? - Mərkəzi Bankdan AÇIQLAMA

Yenilənmiş pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədədir.

Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) məlumat verilib. 

Bildiyiniz kimi, Azərbaycanda yeni dizaynda 20 qəpiklik metal pullar, həmçinin 1, 5 və 50 manatlıq əsginaslar dövriyyəyə buraxılıb. Mərkəzi Bank bununla əlaqədar yaranan “Köhnə dizaynda pullar dövriyyədən çıxarılırmı, yaxud paralel olaraq digərləri ilə təkrar dövriyyəyə buraxılır?” sualına aydınlıq gətirib:

“Azərbaycan Mərkəzi Bankı tərəfindən pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın mövcud konsepsiya çərçivəsində yenilənməsi proseslərinə başlanılıb və bu çərçivədə 2021-ci ilin əvvəlindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılıb. Proseslərin davamı olaraq, “Qarabağ” mövzusuna həsr olunan 20 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib və 10 fevral 2022-ci il tarixdən tədavülə buraxılması nəzərdə tutulur.

Eyni zamanda, Mərkəzi Bank tərəfindən ötən ildə 20 qəpiklik metal pul nişanının dizaynı yenilənərək tədavülə buraxılıb. Belə ki, yenilənmiş 20 qəpiklik üzərində Dövlət Gerbi və istehsal ili əlavə olunub.

Yenilənmiş pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədədir və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Bununla yanaşı bildirmək istərdik ki, Mərkəzi Bankda pul nişanları müasir texnoloji sistemlərdə emal olunur və keyfiyyətinə görə çeşidlənir. Tədavülə yararlı pul nişanları (yeni və ya köhnə dizaynda olmasından asılı olmayaraq) təkrar dövriyyəyə buraxılır, yararsız pul nişanları isə tədavüldən çıxarılaraq məhv edilir”.

AMB-nin açıqlamasına əsasən, köhnə dizaynda olan pullar da yararsız hesab edilmədikcə yenidən dövriyyəyə buraxıla bilir və yalnız yararsız hesab edilən pul nişanları tədavüldən çıxarılır.    



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu tikinti materialları bahalaşacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsi Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən Qabarit və Çəki Parametrləri" ilə müəyyən edilir.

Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA

AQTA Gürcüstanda yetişdirilən qoyunlarda taun xəstəliyinin qeydə alındığını nəzərə alaraq, bu ölkədən xırdabuynuzlu heyvan idxalına məhdudiyyət qoyub.

Yeni qərar bazarı silkələdi: Azərbaycanda ət bahalaşacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xırdabuynuzlu heyvanların Gürcüstandan Azərbaycana idxalına məhdudiyyət qoyub. Məhdudiyyətə səbəb Gürcüstanın Aşağı Kartli regionunda xırdabuynuzlu heyvanlarda taun xəstəliyinin qeydə alınmasıdır. Ötən il Azərbaycana 25 milyon 102 min dollar dəyərində 320 min 543 baş diri qoyun idxal edilib ki, bu da əvvəlki illə müqayisədə say baxımından 65% və ya 125.9 min baş, dəyər baxımından isə 58% və ya 9.2 milyon dollar çoxdur.