banner
banner

Sosİal

365 min şəxsə e-qaydada fərdi hesab açılıb

365 min şəxsə e-qaydada fərdi hesab açılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti vasitəsilə ötən il 153 min şəxsə e-qaydada sosial sığorta nömrəsi (SSN) və fərdi hesab açılıb.

Nazirlikdən Cia.az-a verilən məlumata görə, iki il əvvəl fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada e-sistemdə qeydiyyatına xidmət edir. İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik SSN də açılır.

Bununla işçinin fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirak etmək, fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edir.

Ümumilikdə ötən dövrdə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.