Bakının Nizami rayonunda bəzi yaşayış binalarının sökülməsinə başlanılıb.
Cia.az xəbər verir ki, bunlar Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binalardır.
Həmin binalardan artıq sakinlər köçürülməsinə başlanılıb.
Qeyd edək ki, söküntü aparılan ərazidə yerləşən binalar ötən əsrin 40-60-cı illərdə inşa olunmuş “Minsk” və “Xruşovka” layihəli beş mərtəbəli binalardır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.