banner
banner

Gündəm

Bakı Olimpiya Stadionunda hazırlıq tədbirində - 15000 nəfər iştirak edib

Bakı Olimpiya Stadionunda hazırlıq tədbirində -

Mayın 9-da  Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə, eləcə də, atletika idmanı üzrə yarışlara ev sahibliyi edəcək, yeni tikilmiş Bakı Olimpiya Stadionunda uğurlu hazırlıq tədbiri həyata keçirib.

BAOƏK-dən verilən xəbərə görə, bu tədbir, əməliyyatların hazırlığını təmin etmək və açılış mərasimindən öncə komandalara Oyunlar zamanı keçiriləcək əməliyyatların ab-havasını yaşatmaq məqsədilə BAOƏK-ın  son aylarda keçirdiyi genişmiqyaslı təlim proqramının və sınaq tədbirlərinin bir hissəsini təşkil edir.

Tədbirdə Bakı 2015-in Alovqoruyanları, BAOƏK-in işçi heyəti də daxil olmaqla 15000 nəfər iştirak edib. Bu tədbir, şəhər boyunca nəqliyyat sistemini, tamaşaçıların və VIP qonaqların hərəkətini, bilet sistemini, təhlükəsizlik tədbirlərini və Oyunların ümumi təşkilatçılığını yoxlamaq üçün imkan yaradıb.

Həmçinin, tədbir iştirakçılarına müğənni Tünzalə Ağayeva da daxil olmaqla Bakı 2015-in Ulduz elçilərinin çıxışlarından ibarət əyləncəli proqram da təqdim olunub. Tünzalə Ağayeva, xüsusi olaraq Bakı 2015 ilk Avropa Oyunları üçün bəstələnmiş “Bakımın üzü gülür” adlı mahnını ifa edib. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.