banner
banner

Sosİal

Bakıda qanunsuz tikimiş evlərlə bağlı - AÇIQLAMA

Bakıda qanunsuz tikimiş evlərlə bağlı -
"Biz avtomobil yolları ilə bağlı iş apararkən yol kənarında yerləşən 70 min obyekt, ev köçürülüb. Onların hamısının pulu dövlət tərəfindən ödənilib. Narazı qalanlar da ola bilərdi, çünki heç kəs bu məsələlərdə tam razı qalmır. Dəmir yolunun ətrafında da çoxlu belə ev var”.
 Bunu “Azərbaycan Dəmir Yolları “Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.
C. Qurbanov bildirib ki, mümkün olan yerlərdən dəmir yolu köçürüləcək, bəzi yerlərdə evlərlə dəmir yolunun arası daş hasarla kəsiləcək, bəzi yerlərdə isə dəmir yolu ilə evlər arasında səsboğucu vasitələr quraşdırılacaq: “Hansı yerdə ki, evlərin köçürülməsi vacibdir, evlərin qiyməti hesablanıb, dövlətə təqdim olunacaq. Dövlət də imkan daxilində həmin vətəndaşların pullarını ödəyəcək və evlər yavaş-yavaş köçürüləcək. Onlar da bizim vətəndaşlarımızdır. Məsuliyyətdən qaça bilmərik, səhv, yaxud düz edib, bu evləri tikiliblər, bu başqa məsələ, ancaq çalaşacağıq ki, onlara yardım edək”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.