banner
banner

Gündəm

İtkin düşən 6 hərbçimizin axtarışı davam edir

İtkin düşən 6 hərbçimizin axtarışı davam edir

"Hazırda 6 Azərbaycan hərbçisi II Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və onlarla bağlı zəruri axtarış işləri davam etdirilir”.

Cia.az “Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, ilk baxışdan statistik görünən bu rəqəmlərin hər birinin arxasında insan taleyi, ailələrin övlad itkisi və göz yaşı dayanır. Ona görə də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə bütün dövlət qurumları bu məsələyə çox həssas yanaşıb. Təbii ki, burada aidiyyəti dövlət qurumları qarşısında qoyulmuş vəzifələrlə yanaşı, həm də hər bir vəzifəli şəxsin məsələyə vicdanlı münasibəti vacib amildir. Qeyd etməliyəm ki, əksər halda bu sahə üzrə mütəxəssislər istirahət etmədən, gecə-gündüz axtarış və eyniləşdirmə tədbirlərini həyata keçiriblər. Xüsusilə məhkəmə-tibbi ekspertlər, genetiklər, patoloq-anatomlar, eyni zamanda Hərbi Prokurorluğun, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, həmçinin yerli icra hakimiyyəti orqanlarının işçiləri fasiləsiz olaraq bu işlərin icra edilməsinə çalışıblar. Bu qurumlar Dövlət Komissiyası ilə sıx əməkdaşlıq şəraitində işləyib”, - İ. Axundov vurğulayıb.

İşçi qrupunun rəhbəri qeyd edib ki, bununla yanaşı, 6 hərbçimizin taleyinin aydınlaşdırılmaması təəssüfedicidir: “Bu hal Dövlət Komissiyası olaraq bizi çox məyus və narahat edir. Böyük ümid hissi ilə bildirmək istəyirəm ki, Dövlət Komissiyası bu həssas vəzifənin öhdəsindən gələcək, gözü yolda qalan ailələrin əzab və iztirablarına son qoymağa nail olacaq. Hazırda bu bizim ən müqəddəs vəzifəmizdir. Fürsətdən istifadə edərək, Vətən müharibəsində itkin düşmüş hərbçilərimizin valideynlərinə və ailə üzvlərinə anlayışlarına, nümayiş etdirdikləri dözüm və səbrə görə dərin təşəkkür edirəm”.



İtkin düşən 6 hərbçimizin axtarışı davam edir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.