“Dünyada COVID-19 pandemiya bitəndə artıq peyvəndlənməyə də ehtiyac qalmayacaq. Bir çox insanlar peyvənd olunmağa etiraz edir ki, nə qədər olar artıq?”
Bu fikirləri Cia.az-a açıqlamasında həkim-radioloq Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, bütün bunlar pandemiyanın hələ də davam etdiyinə görədir:
“Düşünürəm ki, artıq yazdan etibarən pandemiya yavaş-yavaş sonlanacaq. Fevralın -15də peyvəndi alan şəxslərin ikinci dozasından səhv etmirəmsə, 5-6 ay keçir. Bu müddətdən sonra peyvəndin yaratdığı immunitet çox zəifləmiş olur. Yəni, ikinci doza qəbul etmiş insanların qanında 5-6 ay sonra antitellərin miqdarı COVID-19 virusuna dayanıqsız olur”.
Həkim bildirib ki, ona görə fevral ayında qüvvətləndirici dozaların vurulmasına ehtiyac var:
““Buster” doza koronavirusa qarşı zəifləmiş immuniteti daha da gücləndirir, antitellərin miqdarını artırır. Kimin ikinci doza peyvəndinin üzərindən 5-6 ay zaman keçibsə, 3-cü doza peyvəndi vurdurmasını tövsiyə edirəm. Bununla onlar virusa növbəti dəfə yoluxsalar, xəstəliyi ağır şəraitdə deyil, yüngül formada keçirəcəklər”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.