Azərbaycanda korrupsiya ittihamı ilə həbs edilən icra başçılarının dördü hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir.
Cia.az xəbər verir ki, Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədov, İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyev, Biləsuvar rayonunun keçmiş icra başçısı Mahir Quliyev və Cəlilabad rayonunun keçmiş icra başçısı Namiq Zeynalov cəza müddətlərini Müalicə Müəssisəsində çəkməkdədirlər. Onlar müxtəlif xəstəliklərlə müəssisəyə yerləşdiriliblər.
Mediada Pentensiar Xidmətin Müalicə Müəssisəninin əslində istirahət mərkəzi kimi fəaliyyət göstərməsi haqda dəfələrlə məlumatlar yayılıb. Bildirilir ki, həbs edilən məmurların da bu müəssisəyə köç etməsinin başlıca səbəbi bu istirahət xidmətindən yararlanmaqdır. Keçmiş icra başçılarının hansı müddətə burada qalacaqları, cəzaçəkmə müəssisəsinə qayıdıb qayıtmayacaqları bəlli deyil.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.