banner
banner

Gündəm

"İcra başçısı məni otağa salıb, döydü" - ŞOK İDDİA

"İcra başçısı məni otağa salıb, döydü" - ŞOK İDDİA

Xatırlayırsınızsa, ötən ilin sentyabr ayında bir qrup Xocavənd rayon sakinləri mətbuat konfransı keçirdilər. Konfransda İcra başçısı Eyvaz Hüseynov tərəfindən illərdir məruz qaldıqları haqsızlıqlara etirazlarını bildirirdilər. Həmçinin, onların sözlərinə görə "Nərgiztəpə" adlanan ərazidə, 305 hektar torpaq sahəsini İcra başçısı öz yaxınlarına və qohum-əqrəbasının adına bölüşdürüb. Həmin, ərazidə bir neçə balıq gölləri, eyni zamanda əkin sahələri də mövcuddur. Onların iddialarına görə həmin ərazidə yetişdirilən məhsullardan spirtli içkilər istehsal olunur ki, bu da İcra başçısının şəxsi bizneslərindən biridir.

Yerli sakinlər təsərrüfatla məşğul olmaq üçün yararlı torpaq sahəsi əldə edə bilmirlər.

Əslində, Xocavənd sakinləri illərdir icra hakimiyyətinə və digər dövlət qurumlarına dəfələrlə müraciət və şikayətlər edirlər. Onların səsinə heç bir qurum səs vermədiyi üçün, məcburiyyət qarşısında mətbuat konfransı keçirmişdilər. Lakin, çox təəssüflər olsun ki, Eyvaz Hüseynov hansı dağa güvənibsə, dünya-aləm umrunda deyil. Heç nədən, heç kimdən çəkinmədən, öz vətənə - vətəndaşa yararsız, cibi üçün yararlı fəaliyyətini davam etdirir.

Haqqında bu qədər narazılıqların, bu qədər şikayətlərin olmasına baxmayaraq, hələ də öz "taxt-tac"ında əyləşə bilməsi hər kəsdə təəccüb, Eyvaz Hüseynovda isə həddindən artıq özgüvən yaradıb.

44 günlük savaşın iştirakçısı, eyni zamanda 30 ildə arzu edib, 44 gündə qazanılan qələbədə zəhməti, əziyyəti olan döyüşçüyə qarşı saymazlıq, kobudluq bağışlanması mümkünsüz olan günahdır. Pərviz gücünü 44 gündə düşmənə, Eyvaz Hüseynov isə gücünü bircə gündə Pərvizə göstərdi. Səbəb isə Pərviz Sarıyevin iddiasına görə yalnız iş tələb etməsidir ki, övladının, ailəsinin yaşayışını təmin etsin. Bu Pərviz Sarıyevin haqqıdır. Ölkə başçısının da birbaşa tapşırığı var ki, birinci növbədə qazilər və müharibə iştirakçıları işlə təmin olunmalıdır. Eyvaz Hüseynovun İcra başçısı olaraq vəzifəsinə və ölkə başçısının qərarlarına sayqısının hansı pillədə olduğu onun fəaliyyətindən və bu qədər rayon sakinlərində yaratdığı narazılıqlardan bəllidir.

teref.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.