banner
banner

Gündəm

“Tərtər işi”nə görə həbs olunan komandir barədə ŞOK FAKTLAR

“Tərtər işi”nə görə həbs olunan komandir barədə ŞOK FAKTLAR

Bu gün “Tərtər işi”nə görə hərbçilərə işgəncə verənlərin həbs edilməsi ilə bağlı xəbər vermişik.  Lent.az həmin işlə bağlı həbs edilən Axundov Fuad Arazi oğlu ilə bağlı dəhşətli faktlar əldə edib.

Belə ki, F. Axundov 2019-cu ildə həyat yoldaşı Xatirə Axundovanın üzünə “kislota” tökərək onun bədəninin müxtəlif nahiyələrinə yanıq xəsarətləri yetirib. Həmin il mediada yayılan məlumatlara görə, Axundov bu əməlini qısqanclıq səbəbi ilə etdiyini bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə istintaqı zamanı o, Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin polkovnik-leytenantı F. Axundov Aprel döyüşlərinə qədər Xızıda xüsusi təyinatlı bölüyün komandiri olub. Döyüşlərdən sonra onun müqavilə müddəti uzadılıb və Talış kəndinə göndərilib. Orada tabor komandiri vəzifəsini daşıyıb.

Hazırda F.Axunov həyat yoldaşı Xatirə Axundovanın üzünə kislota tökməklə ağır xəsarət yetirməkdə ittiham olunur.

Qeyd edək ki, cütlüyün iki azyaşlı uşağı var



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.