banner
banner

Gündəm

Rafael Ağayev vəzifəyə təyinatından danışdı: “General məni şəxsən qəbul etdi”

Rafael Ağayev vəzifəyə təyinatından danışdı: “General məni şəxsən qəbul etdi”

“Beş ildən çox idi ki, adım ştatdankənar Dövlət Gömrük Komitəsinin (DGK) işçisi kimi gedirdi. Ancaq rəsmi maaş almırdım”.

Cia.az "Oxu.Az"a istinadən xəbər verir ki, bunu karate üzrə Olimpiya mükafatçısı, beşqat dünya çempionu Rafael Ağayev deyib.

O, Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib. Gömrük xidməti mayoru olan Rafael Ağayev bu məsələnin alınmasında “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfovun böyük əməyinin olduğunu bildirib:

“Video layihələrdən birində də bu orqanda işləmək istədiyimi bildirmişdim. “Qəbələ”nin indiki prezidenti Fariz Nəcəfovla bir yerdə karate məşqi keçmişik. Onun bu məsələdə rolu çox oldu. Daha sonra DGK-nin sədri, general-polkovnik Səfər Mehdiyev şəxsən özü məni çağırıb qəbul etdi. Dedi ki, mənim üçün sənin bizim əməkdaşımız olmağın xoşdur. Mənə mayor rütbəsi və şöbə rəisi vəzifəsi verildi.

Bu işlə bağlı çox adama Olimpiadadan sonra müraciət etmişdim. Amma heç kim kömək olmadı. Fariz Nəcəfov, Tale Heydərov sağ olsunlar, bu məsələdə mənə çox kömək etdilər. Sədrimiz Səfər Mehdiyevə isə mənə iş verdiyi üçün təşəkkür edirəm”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.