Bakıda bu abunəçilər bir həftə internetsiz qalacaq
Fevral ayının 14-dən 21-dək CDMA (Code Division Multiple Access) şəbəkəsini dəstəkləyən baza stansiyasının avadanlıqlarında profilaktik işlərin aparılması ilə əlaqədar müvafiq xidmətlərin göstərilməsində fasilələr yaranacaq.
Bu barədə "Bakı Telefon Rabitəsi" (Baktelekom) açıqlama yayıb.
Məlumata görə, fasiləni əsasən 511 və 555 prefiksli simsiz telefon abunəçiləri hiss edəcək.
Təkmilləşdirmə tədbirləri yekunlaşdıqdan sonra CDMA - simsiz telefon xidmətinin fəaliyyəti tam bərpa ediləcək.
Abunəçilərdən rabitə xidmətlərində yarana biləcək fasilələri nəzərə almaları xahiş olunur.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.