banner
banner

Sosİal

İbadət ocaqları üçün 500 manatlıq güzəşt

İbadət ocaqları üçün 500 manatlıq güzəşt

"Kənddə təbii qazın olmaması səbəbindən məişətdə yanacaq kimi odundan istifadə edirik. Hər evdə yandırılan odun bizə əlavə xərc, qırılan yaşıl ağac deməkdir".

Cia.az xəbər verir ki, bu sözləri Saatlı rayonunun Naharlı kənd sakini Hüseynağa Əliyev "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası zamanı bildirib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev sayca 43-cü dəfə təşkil olunan aksiya çərçivəsində görülən işlər barədə kənd sakinlərinə məlumat verib.

Şöbə rəisi bu kənddən Birliyə çoxsaylı müraciətlərin daxil olduğunu və o səbəbdən bu dəfə aksiyanın sözügedən ünvanda təşkil olunduğunu bildirib.

126 fərdi yaşayış evi olan Naharlı kəndinin sakinləri mavi yanacaq olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Kənd sakini Əziz Abışov Birlik rəhbərliyinin bu kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verəcəyi təqdirdə məscidin də təbii qazla təmin edilməsini xahiş edib.

Salyan Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov Birlik rəhbərliyi tərəfindən qazlaşdırılma işləri aparılan kəndlərdə, yeni yaşayış massivlərində məscid və təhsil ocaqlarının qazlaşdırılmasına hər zaman xüsusi diqqət ayırdığını qeyd edib.

Bundan əlavə, baş direktorun göstərişinə əsasən müvafiq qeydiyyatdan keçən, qazlaşdırılması başa çatan ibadət ocaqlarına il ərzində 500 manat məbləğində güzəşt olunduğunu kənd sakinlərinin diqqətinə çatdırılıb. Birliyin müvafiq rəhbər şəxsləri daxil olan müraciətlərin baş direktora çatdırılacağını vurğulayıb.

Qeyd edək ki, Saatlı rayonu ərazisində 43 kənd var ki, bunun da 32-si təbii qazla təmin edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.