banner
banner

Gündəm

Azərbaycanlının da olduğu Türkiyə gəmisi belə bombalandı

Azərbaycanlının da olduğu Türkiyə gəmisi belə bombalandı

Liviya sularında vurulmuş Türkiyəyə məxsus "Tuna-1 "adlı yük gəmisinin kapitanı başlarına gələn hadisə barədə danışıb.
Gəminin kapitanı Ünal Bilici "Deniz" agentliyinə verdiyi açıqlamada Tobruka doğru hərəkət edərkən heç bir xəbərdarlıq almadıqlarını bildirib.
Onun sözlərinə görə, Liviya sahillərindən təxminən 13 mil aralıda hər hansı bir xəbərdarlıq edilmədən qurudan ağır silahlardan atəşə tutulduqlarını deyib. 
"Hücumdan sonra gəmi təcili vəziyyət siqnalı göndərərək qurudan daha da uzaqlaşdı. Təcili siqnalına Yunanıstan, Malta və Fransadan cavab gəldi. Təxminən 10 dəqiqə sonra isə gəmiyə hava hücumu təşkil edildi, gəminin üçüncu kapitanı həyatını itirdi. Gəmi ikinci hücumun edildiyi yerdən 7 mil daha uzaqlaşdığında üçüncü hava hücumuna məruz qaldı. Onların hədəfi gəmi ekipajının olduğu yerlər idi".
Qeyd edək ki, Tobruk limanına nəzarət edən silahlıların sözçusu Məhəmməd Hejazi gəminin Derna şəhərinə yaxınlaşmaması üçün xəbərdarlıq edildiyini bildirmişdi. 
"Tuna-1”yük gəmisinə Liviya ordusu həm havadan, həm də qurudan hücum edib. Hadisə zamanı Türkiyə vətəndaşı olan üçüncü dərəcəli kapitan həlak olub. 
Gəmidə olan heyət üzvlərindən 8-i türk, 6-sı gürcü və 1-i isə Azərbaycan əsilli olub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.