banner
banner

Sosİal

Oğlanlar evlənməyə qız tapmayacaq:- Yeni bəla

Oğlanlar evlənməyə qız tapmayacaq:-

Rəsmi statistikada qızların sayının oğlanların sayına nisbətdə artması müşahidə edilir.

Bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev məlumat yayıb.

Belə ki, 1986-1990-cı illərdə doğulanlarda hər 1000 kişiyə 1020 qadın, 1991-1995-ci illərdə doğulanlarda hər 1000 kişiyə təxminən 978 qadın, 1996-2000-ci illərdə doğulanlarda hər 1000 kişiyə 922 qadın, 2001-2005-ci illərdə doğulanlarda hər 1000 kişiyə 880 qadın, 2006-2010-ci illərdə doğulanlarda hər 1000 kişiyə 872 qadın, 2011-2014-ci illərdə doğulanlarda hər 1000 kişiyə 859 qadın düşür. Beləliklə də oğlanların sayı qızlara nisbətən 15 faiz artıb.

Daha bir məqam kənd yerlərində doğulan oğlan uşaqlarının sayı şəhərə nisbətən daha çoxdur. Məsələn, 2013-cü ildə şəhər yerlərində doğulan oğlan uşaqlarının sayı qızlardan 11,8 faiz çox olduğu halda kənd yerlərində bu göstərici 15,2 faiz təşkil edib.

Ekspert Nübar Seyidova isə virtualaz.org saytına deyib ki, oğlan uşaqlarının sayının artmasının əsas səbəbi qız uşaqlarının abort edilməsidir: “Qız uşaqlarının azalmasının başlıca səbəblərindən biri uşağın cinsiyyəti bəlli olandan sonra onların abort edilərək götürülməsidir. Rəsmi statistikaya görə, il ərzində 25-33 min uşaq abort etdirilir. Lakin qeyri-rəsmi statistikada ildə 100 mindən çox uşağın abort olunduğu bildirilir. Doğulan uşaqlar arasında gender disbalansı yaranması ciddi demoqrafik problemə səbəb olacaq. Yəni vəziyyət bu cür davam edərsə, cəmiyyətimiz yaxın 10-15 ilə ciddi problemlə qarşılaşacaq. Mövcud normaya görə, hər doğulan 106 oğlana 100 qız uşağı olmalıdır”.

Xatırladaq ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanuna əsasən, ciddi göstəriş olmadığı halda ultrasəs müayinəsi aparılması qadağan edilir. 

“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna görə isə hamiləliyin süni şəkildə pozulması hamiləliyin 12-ci həftəsinə qədər olmalıdır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.