banner
banner

Gündəm

ABŞ-dan Putinin nüvə silahı ilə bağlı hədələrinə SƏRT CAVAB: "Əgər bunu etsə..."

ABŞ-dan Putinin nüvə silahı ilə bağlı hədələrinə SƏRT CAVAB:

Pentaqon Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı hədələrinə reaksiya verib.  Xəbər verildiyi kimi, Rusiya lideri Rusiyanın nüvə silahlarını yüksək hazırlıq vəziyyətinə gətirib.

Pentaqon rəsmisinin sözlərinə görə, ABŞ rəsmiləri Putinin belə qərarlar verəcəyinə şübhə etmirlər.

Cia.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında bildirilib.

 

"Bu xəbərlərin doğruluğuna şübhə etmək üçün heç bir əsasımız yoxdur”, - deyə o söyləyib.

Bundan əlavə, o qeyd edib ki, bu, Putin tərəfindən lüzumsuz addım oldu. Çünki Rusiya heç vaxt NATO tərəfindən təhdid edilməyib və əlbəttə ki, Ukrayna tərəfindən də."

 
 

 

"NATO-da da qeyd edilib ki, onlar özlərini və müttəfiqlərini qorumağa hazırdırlar. Biz özümüzü, müttəfiqlərimizi və tərəfdaşlarımızı, o cümlədən strateji çəkindirmə sahəsində qorumaq qabiliyyətimizə əminik" -deyə ABŞ Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.