Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 716 nəfər müraciət edib.
Mərkəzin mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, onlardan 118-si Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Qəbul olan xəstələrdən 55-i dərmandan, 14-ü sirkə turşusundan, 13-ü dəm qazından, 11-i etil spirtindən, 1-i göbələkdən zəhərlənib. Digərlərindən 10-u anaflaksiya səbəbindən, 7-si allergik reaksiyadan, 7-si isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.
Zəhərlənən şəxslərin 54-ü qadın, 50-si kişi, 14-ü uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 116 nəfərdən (3 qadın, 5 kişi) 8-nin həyatını xilas etmək mümkün olmayıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.