banner
banner

Sosİal

Azərbaycanda çörək yenidən bahalaşacaq

Azərbaycanda çörək yenidən bahalaşacaq

Dünyada son bir ildə dənli bitkilərin qiyməti ortalama 27% artıb, Rusiyanın təcavüzü qiymətləri daha da artıracaq”.

Cia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Ukraynanın ən azı, yaz əkinini tam həcmdə yerinə yetirə bilməyəcəyi nəzərə alınsa, bu, fiziki olaraq buğda istehsalının azalması ilə nəticələnəcək:

"2021-ci ildə Ukrayna 44,8 mln. ton dənli bitkilər istehsal etmişdi, ixracı 24,4 mln. ton idi, bu sahədən gəliri 6 mlrd. dollara yaxın olub. İxrac edilən dənli bitkilərin 14,8 mln. tonu un və çörək istehsalı üçün yararlı olan buğdadır.  2021-ci ildə Rusiya buğda ixracını 14,4% azaldıb – toplam 32,92 mln. ton təşkil edib. Rusiyada 2021-də həm istehsal azalıb, həm də Rusiya daxili bazarı qorumaq, ərzaq buğdası tədarükünü artırmaq üçün ixracla bağlı müəyyən məhdudiyyətlər qoyub, ixrac rüsumunu 2 dəfə artırıb”.

Ekspert xatırladıb ki, Azərbaycanın idxal əmtəəlik buğdaya illik ehtiyacı 1,5 mln. ton civarındadır:

"Bu həcmin yarısına yaxınını Rusiyadan alırıq. Deməli, o ölkədən gələn buğdanın qiyməti yenə artacaq ki, bu da ölkə daxilində unun, un məmulatlarının və çörəyin qiymətinin yüksəlməsi ilə nəticələnəcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.