Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs pərəstişkarlarını sevindirəcək. ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirdikdən sonra ötən həftənin cümə axşamı gecəsi Türkiyəyə qayıdan məşhur türk müğənnisi İbrahim Tatlısəsin yenidən musiqi fəaliyyətinə start verəcəyi bildirilir. Bu barədə oğlu İdo danışıb.
İstanbulun Etiler bölgəsində dostları ilə əylənən İdo Tatlısəs müxbirlərlə rastlaşıb və onların suallarını cavablandırmalı olub.
Mayamidə keçən günlərin atası tərəfindən ayrıca mətbuata açıqlanacağını bildirən İdo, atası üçün oraya xoşladığı çiy köftə apardıqlarını deyib.
Bundan başqa, o, yeni albomunda ifa etdiyi mahnılardan da söz açıb. Lakin atasının mahnıları çox da bəyənmədiyini etiraf edən sənətçinin oğlu, atasının ona duet oxumaq barədə söz verdiyini də qeyd edib.
Xatırladaq ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmamışdı. Məşhur türküçü beynində qırılan sümüyün çıxarılması üçün Mayamidə bu il martın 9-da yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşmışdı. 6 gün komada qalan İbonun hazırda vəziyyətinin yaxşıya doğru getdiyi vurğulanır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.