banner
banner

Sosİal

Gülər Əhmədovanın bacısı ilə bağlı məhkəmə

Gülər Əhmədovanın bacısı ilə bağlı məhkəmə

Bakı Apelyasiya Məhkəməsində “Kamran” MMC-nin vəzifəli şəxslərinin barələrində olan hökmdən zərərçəkmiş şəxslərin verdikləri apelyasiya şikayətləri əsasında məhkəmə prosesi başlayıb.

CİA.Az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Faiq Qasımov sədrlik edib.

Məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, dövlət ittihamçısı ittiham aktını elan edib. Proses noyabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki, cəmiyyətin təsisçisi və rəhbəri Ələkbər Babayev və digər təqsirləndirilən şəxslər German Hüseynov və Rüfət Nağıyev Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Süleyman Əliyev Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü, Kənan Quliyev isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə ittiham olunurlar.

“Kamran” MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev birgə iş münasibətində olduğu sabiq deputat Gülər Əhmədovanın bacısı Quliyeva Gülnar Mikayıl qızının etimadından istifadə edərək ona külli miqdarda (144 min manat) ziyan vurmaqda da ittiham olunur.

“Kamran” MMC-nin vətəndaşlara vurduğu ziyan isə 8 milyon 500 min manatdan çox hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Kamran” MMC-nin rəhbəri Ələkbər Babayev 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə, əmlakı (üçmərtəbəli evi) müsadirə olunmaqla 14 il müddətinə, German Hüseynov əmlakı müsadirə olunmaqla, 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 11 il, Süleyman Əliyev 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 11 il, Kənan Quliyev 2 il sınaq müddəti təyin olunmaqla 6 il 25 gün şərti, Rüfət Nağıyev 3 il sınaq müddəti təyin olunmaqla, 3 il müəyyən vəzifə tutmaqdan mərhum edilməklə 10 il şərti azadlıqdan mərhumetmə cəzasına məhkum ediliblər.

Məhkəmə hökmündə mülki iddiaların təmin olunması, müsadirə olunan əmlakların iddiaçılar arasında bölünməsi, “Kamran” MMC-yə məxsus bina üzərindən həbsin götürülməsi məsələsi də öz əksini tapıb.

Lakin zərərçəkmiş şəxslər məhkəmə hökmündən narazı qalaraq apelyasiya şikayəti veriblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.