banner
banner

Sosİal

Yasamalda göz görə-görə YAŞIL TERROR... - BU NƏ HOQQADIR?

Yasamalda göz görə-görə YAŞIL TERROR... -

Bakının Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı (keçmiş Həmid Sultanov) küçəsində, Uşaq Nevroloji Xəstəxanasının yanında bir sıra ağaclar kəsilib.

Cia.az xəbər verir ki, bu barədə "Report"a ağacların kəsildiyi ünvanda yaşayan sakinlər məlumat veriblər.

Faktla bağlı sübut şəklində video və fotolar təqdim edən sakinlərin sözlərinə görə, həmin ünvanda ağacların kəsilməsinə tikinti şirkəti tərəfindən başlanılıb və məqsəd orada yeni yaşayış binaları tikməkdir. Onlar bildirib ki, ərazidə xeyli sayda ağac məhv edilib.

Sakinlər vurğulayıb ki, tikinti şirkətinin layihəsi tərəfindən yaxınlıqdakı daha bir ərazi plana düşüb və plana düşən bu ərazidə isə müxtəlif növ daha 66 ədəd ağac mövcuddur. Amma onlar həmin ağacların da kəsiləcəyindən narahatdır:

"Buradakı ağacların hamısını müxtəlif zamanlarda özümüz əkib-becərmişik. Təəssüflər olsun ki, ağacların kökünü zədələyərək çıxarırlar və qol-budaqlarını qırırlar. Bunların əksəriyyəti meyvə ağaclarıdır. Biz hamımız yayda onun kölgəsində dincəlirik"

Ərazidə tikinti işləri həyata keçirən "Etibar İnşaat - K" MMC-dən isə ağacların kəsilmədiyi bildirilib. Şirkətin direktoru Aydın İsmayılov "Report"a açıqlamasında deyib ki, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı (keçmiş Həmid Sultanov), Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsi ünvanında köhnə binaların yerində yeni yaşayış binalarının tikintisi məqsədilə layihə altına düşən ağacların köçürülməsinə başlanılıb.

O bildirib ki, bu ərazidən çıxarılan ağaclar Ramana qəsəbəsinə aparılır və orada əkilir:

"Layihə yaşıllıq üçün nəzərdə tutulmuş yeni ting ağacların əkilməsi şərti ilə kökləri torpaqdan çıxarılaraq götürülüb. Onlardan 22 ədədi - 1 ədəd şam (d=12 sm), 3 ədəd tut (d=12 sm,12 sm, 16 sm), 10 ədəd sərv (d=4-8sm), 1 ədəd alça, (d=12sm), 1 ədəd armud (d=8sm) ağacı, 4 ədəd nar, 1 ədəd üzüm kolu və 1 ədəd isə dekorativ kol bitkisi köçürülüb".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova "Report"un sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı qurumun əməkdaşları tərəfindən artıq araşdırmalara başlanılıb.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.