“Receb İvedik” obrazı ilə tanınan aktyor Şahan Gökbakar həmkarı və rəqibi Cem Yılmaza atmaca atıb. 20 gün sonra çəkilişlərinə başlayacağı yeni “Osman pazarlama” filmi haqqında bəhs edən aktyor iddialı danışıb: “Nəzər eləmə, çox işlə, sənin də olsun” deyəcəm, amma bu o qədər də asan deyil, qardaş! Düz 7 ildir, məni zirvədən endirə bilmədiniz. Buna görə həmişə deyirəm: mən keramikadan heykəllərlə öndə olmağı yox, tamaşaçıların məni ən birinci yerə çıxarmasını sevirəm. Qalanı təfərrüatdır”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.