Bakı-Sumqayıt dəmir yolu xəttinin bir ay sonra istifadəyə verilməsi planlaşdırılır. Dəmiryolunda yeni qatarlar həmin xəttə buraxılacaq. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirlib ki, hazırda Bakı Sərnişin Vağzalında və Sumqayıta gedən dairəvi yolda təmir işləri gedir. Burada 1500 metr uzunluğunda baş yollarının təmiri həyata keçirilir. Artıq köhnə yolun söküntüsü başa çatıb. Yeni platformalar tikilir və turniketlər qurulur. Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib. Bu günə kimi 33 km yol əsaslı təmir olunub. Təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq. İşlər başa çatdıqdan sonra 2 mərtəbəli qatarların və ya içərisində kondisioner, Wi-Fi, sanitar qovşağı olan digər qatarların gətirlməsi nəzərdə tutulub.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.