banner
banner

Sosİal

Bakının bu yolu tam hazırdır

Bakının bu yolu tam hazırdır

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun “Avtovağzal dairəsi” adlanan ərazisinin “Bakı Dairəvi-1” avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yolda təmir-tikinti işləri artıq yekunlaşıb.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, yaxın günlərdə yol tam olaraq sürücülərin ixtiyarına veriləcək.
İnşasına 2014-cü ilin sentyabr ayında başlanılan yolun ümumi uzunluğu 1 070 metrdir. Yolun körpüyə qədər 618,7 metrlik hissəsinin eni 22 metrdir və 4 hərəkət zolağından ibarətdir. 15 aşırımdan ibarət körpünün uzunluğu 451,3 metr, eni isə 13 metrdir. Yol kənarlarında 2,5 metr enində səki salınıb, bir metr enində ayrıcı zolaqlar qurulub. Estakada üzərində məhəccərlər quraşdırılıb, təkərqaytaranlar monolit-betonla tökülüb.

Bundan əlavə, Stend Atıcılığı idman kompleksinə gedən yol da tam hazır vəziyyətdədir. Artıq yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin rənglənməsi işləri bitib. Uzunluğu 1354,5 metr, eni isə 21,5 metr olan yolun inşasına isə 2014-cü ilin iyun ayında başlanılıb.

Qeyd edək ki, bu yollar tam olaraq istifadəyə verildikdən sonra Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan və Ələt-Astara-İran sərhədi, həmçinin Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar, o cümlədən Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri birbaşa Respublika Stend Atıcılığı İdman Kompleksinə və “Bakı Dairəvi-1” avtomobil yoluna rahat və maneəsiz şəkildə çıxa biləcəklər.

“Azəryolservis” ASC tərəfindən Biləcəri enişindən Beynəlxalq Avtovağzal ərazisinə qədər təqribən 400 metrlik giriş yolunda və dairədə aparılan təmir-tikinti işləri də başa çatıb. Biləcəri enişindən dairəyə doğru olan mövcud 11 metr enində yol genişləndirilərək 22 metrə çatdırılıb. Sözügedən ərazidə yolayrıcıları inşa edilib, işıq dirəkləri quraşdırılıb, yolboyu səki daşları düzülüb, səkilərə tamet daşlar döşənib, abadlıq işləri aparılıb. Bundan başqa səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları yeniləri ilə əvəzlənib. Ümumilikdə yola 27 min kvadrat metr asfalt-beton örtüyü döşənib.

Beynəlxalq Avtovağzalın qarşısında yerləşən yol ötürücüsünün alt hissəsində də yenidənqurma işləri həyata keçirilib.





Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.