Gömrük dəyəri istiqamətindəki islahatlar sahibkarların əlavə xərc və vaxt itkisinin qarşısını alacaq.
Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini, “Beynəlxalq ticarət” işçi qrupunun rəhbəri Elnur Əliyev Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının bu gün təşkil etdiyi “Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusundakı konfransda çıxışı zamanı bildirib.
"İslahat prosesi davam edir, gömrük dəyərinin müəyyən edilməsinin üsullarının tətbiqinə dair qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq. Hazırda "Beynəlxalq ticarət" işçi qrupu çərçivəsində bu istiqamətdə işlər görülür.
İslahatdan bizim əsas gözləntimiz bir tərəfdən gömrük dəyərinin düzgün olmasını, digər tərəfdən isə dəyərinin qısa müddətdə və vaxtında müəyyən edilməsini təmin etməkdir. Bu baxımdan dəyişikliklər gömrük dəyəri ilə bağlı mübahisəli hal yarandıqda sahibkarlar üçün əlavə xərc və vaxt itkisinin qarşısının alınmasına, müvafiq dövlət orqanlarının resurslarının səmərəli istifadəsi məmur-sahibkar təmasının minimuma endirilməsinə düzdün gömrük dəyərinin müəyyən edilməsinə və mütərəqqi təcrübənin təkmilləşdirilməsinə şərait yaradacaq",- deyə E.Əliyev bildirib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.