Hacı Şahinin oğlu şok faktı AÇIQLADI: "Xeyr, yalan məlumatdır..."
Atamın ürəyindən heç vaxt şikayəti olmayıb. Son gün xəstəxanaya müraciət edəndə düşünürdü ki, ağrı mədəsindədir.
Cia.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında mərhum ilahiyyatçı Hacı Şahinin oğlu Hüseyn Həsənli deyib.
2016-cı ildən ürəyində problem olduğu barədə yayılan məlumatlara Hüseyn Həsənli belə cavab verib:
"Xeyr, yalan məlumatdır, bir ara mədəsində problem yaranmışdı, həmin gün də elə bilib yenə ağrı mədəsindəndir. Lakin həkim müayinəsi zamanı məlum olub ki, ürəyində problem var. Xəstəxanadan evə gecə gəldi. Gələndən sonra atamla danışdıq. Hər şeydən söhbət etdik, ölüm barədə də danışdı. Dedi mənim üçün ölüm asandır".
O, qardaşı Səccadın hələ də atasının ölümündən xəbərsiz olduğunu söyləyib:
"Bizə çox yaxşı ata idi. Daim ata kimi gözəl məsləhətlər verirdi, insanlara xidmət etməyi tövsiyə edirdi. Ən uca və ali məqamı insanlara xidmətdə görürdü. Deyirdi ki, insanlara xidmət etməklə ucalırsan. Evimizin nuru idi, həmişə başımızın üzərində idi. Allah bizə səbir versin. Böyük və ağır itkidir, tək ailəmizə yox, bütün millətə...".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.