banner
banner

Sosİal

İki mərtəbəli qatarlar gəlir

İki mərtəbəli qatarlar gəlir

Bu gün Azərbaycan Dəmir Yolları ASC ilə İsveçrənin Stadler Rail Group şirkəti arasında müqavilə imzalanıb. 
Azərbaycan tərəfi 5 ədəd ikimərtəbəli qatarın alınması üzrə şirkətlə razılıq əldə edib. Bu qatarlar uzunmüddətli kredit yolu ilə götürülüb. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin tələbatını ödəmək üçün bütün şərait yaradılıb. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes- sinfinə aiddir. İlk iki qatar bu ilin iyun ayında ölkəyə gətiriləcək. 

Yeni qatarlar I Avropa Oyunları zamanı Olimpiya oyunları stadionu və Bakı dəmir yolu vağzalı arasındakı sahədə istismar ediləcək. Sonuncu qatarlar isə 2016-cı ilin yanvar ayınadək gətiriləcək. Bundan sonra həmin 5 elektrik qatarlar Bakı-Sumqayıt istiqamətində xəttə buraxılacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.