Stilist Anar Ağakişiyev Xalq artisti Aygün Kazımovanın xarici görünüşünü təhqir edib.
Cia.az xəbər verir ki, o, instaqram səhifələrinin birində müğənninin videosuna şərh yazıb: “Qoca transa oxşayır! 53 yaşında azərbaycanlı xanım belə görünməməlidir! Hər şeyin ədabı-üsulu var. Həyatda ən çəkindiyim şey - Yaşlananda Allah ağlımı almasın”.
Stilistin fikirlərinə dəstək olanlar da olub, onun özünü tənqid edənlər də. Sosial şəbəkə istifadəçiləri Ağakişiyevi tənqidlə təhqiri qarışdırmamağa çağırıb. Onlar, həmçinin stilistin bir zamanlar A. Kazımova ilə çalışdığını, eləcə də hazırda türkiyəli müğənni Bülent Ersoyla əməkdaşlıq etdiyini xatırladıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.