Prezident İlham Əliyev Dövlət Neft Şirkəti işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, “Neft Daşları”nın 65 illiyi münasibətilə yatağın işlənməsində xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aşağıdakı işçiləri təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Abduyev Əhəd Əhməd oğlu.
“Tərəqqi” medalı ilə
Ağayev İlqar Hilal oğlu
Əfəndiyev Eldar Musa oğlu
Hacıyev Məhərrəm Məmmədyar oğlu
Musayev Mirsədir Məmməd oğlu
Yaqubov Natik Alı oğlu.
Prezidentin digər sərəncamı ilə yatağın işlənməsində xidmətlərinə görə Balamirzə Ağarəhim oğlu Ağarəhimova “Əməkdar mühəndis” fəxri adı verilib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.