banner
banner

Sosİal

SOCAR Gürcüstanda daha bir məktəbi əsaslı təmir edir

SOCAR Gürcüstanda daha bir məktəbi əsaslı təmir edir

SOCAR-ın Gürcüstan nümayəndəliyi Marneuli rayonunun Lecbədin kənd orta məktəbini əsaslı təmir edəcək.
Məktəbinin direktoru Dursun İsmayılov bildirib ki, hazırda məktəbdə 12 sinif otağı var və 29 müəllim 135 şagirdə elmin sirlərini öyrədir. Lakin sinif otaqlarında və ümumiyyətlə məktəbdə normal şəraitin olmaması bir sıra problemlər yaradır. Bu məktəbin məzunu olmuş və hazırda Gürcüstan parlamentində hakim partiyanı təmsil edən deputat Mahir Dərziyev təhsil ocağının əsaslı təmir olunması ilə bağlı müxtəlif təşkilatlara, o cümlədən də SOCAR-ın Gürcüstan nümayəndəliyinə müraciət edib. Müraciət müsbət dəyərləndirilib. Məktəbin əsaslı təmiri və yenidən qurulması üçün maliyyə yardımı ayırılıb. Artıq məktəbin layihə-smeta sənədləri hazırdır, yaxın günlərdə təmirə başlanılacaq. Yeni tədris ocağında fənn kabinələri, müəllimlər otağı, idman zalı və müasir infrastruktur yaradılacaq. Şagirdlərin informasiya texnologiyalarından normal istifadə etmələri üçün kompyuter otağı da fəaliyyət göstərəcək.
Məktəb yeni tədris ilində istifadəyə veriləcək.
Kənd əhalisi, SOCAR-ın deputat M.Dərziyevin təşəbbüsünü dəstəkləməsini və məktəbin təmirini öz üzərinə götürməsini Azərbaycan dövlət başçısının Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğısının təzahürü kimi qiymətləndirir.

Qeyd edək ki, deputat M.Dərziyevin təşəbbüsü ilə üç əsrdən çox yaşı olan Lecbədin kəndinin əsas magistral yolu da əsaslı təmir olunur. Yola yeni asfalt döşənir, kommunikasiya xətləri çəkilir, abadlıq işləri görülür.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.