Xəbər verdiyimiz kimi, TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov qızı Aygül Qurbanovaya Bakıdakı dəbdəbəli restoranların birində toy edib.
Toya nazirlər, komitə sədrləri, icra başçıları, deputatlar, bir sıra ictimai-siyasi xadimlər və yüksək vəzifəli şəxslər qatılıb. Həmçinin ölkənin tanınmış sənət adamları - Aygün Kazımova, Röya Ayxan, Tünzalə Ağayeva, Zamiq Hüseynov, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinov və başqaları da toyda qonaq olublar. KİV-lərin yazdığına görə, TƏBİB sədri məclisi şənləndirən sənətçilərə üst-üstə 100 min manatdan çox qonorar ödəyib. Həmin gün restoranda bir yerin qiyməti isə 350-400 manat civarında olub.
Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, yüksəvəzifəli məmurun dəbdəbəli toy etməsi onun karyerası üçün ciddi problem yaradıb. Vüqar Qurbanovun yaxınlarından biri saytımıza açıqlamasında bu xəbəri təsdiq edib. Onun sözlərinə görə, qızına bu cür möhtəşəm toy etməsi TƏBİB sədrini hədəf taxtasına çıxarıb.
Mənbə bildirib ki, toyla bağlı görüntülərin sosial şəbəkələrə yol tapması vəziyyəti daha da mürəkkəbləşdirib. Toydan dərhal sonra bu hərəkətinə görə Vüqar Qurbanova irad bildirilib. Ona məmurların xalqın xidmətçisi olduğu, öz davranışlarına diqqət etmələrinin vacibliyi xatırladılıb.
Məlumatlı şəxs saytımıza məlum toy məclisinin TƏBİB sədrinin karyerasına son qoya biləcəyini deyib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.