banner
banner

Sosİal

Azərbaycanda bu qadağa aradan götürüldü

Azərbaycanda bu qadağa aradan götürüldü

Balıq ovuna qoyulan müvəqqəti qadağa bitdi. Amma təkcə həvəskar balıqçılar üçün. Digərləri isə balıq ovlamaq üçün hələ sentyabrın 1-ni gözləməlidir.

Cia.az xəbər verir ki, Zoologiya İnstitutu Hidrobiologiya laboratoriyasının müdiri Süleyman Süleymanov "Xəzər Xəbər"ə bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə ölkədə may ayından başlayaraq sentyabrın 1-dək balıq ovlamaq qadağan olunub.

Səbəb isə balıqların kürütökmə dövrü ilə əlaqədardır. Ancaq bu gündən həvəskar balıqçılara balıq ovlamağa icazə verildi.

Balıqçılar qeyd edirlər ki, onlar üçün qadağa bitsə də, əməl etməli olduqları qaydalar var.

Dosent Süleyman Süleymanov deyib ki, artıq bir çox balıqlar kürülərini tökdüyündən həvəskar balıqçıların ovu gələcəkdə balıq ehtiyyatının azalmasına təsir göstərməyəcək.

Ölkədə balıqların sənaye məqsədilə ovlanması qadağası isə sentyabr ayınadək davam edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.