banner
banner

Gündəm

Daha iki şəxsdən general rütbəsi geri alınacaq

Daha iki şəxsdən general rütbəsi geri alınacaq

Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından, Sahib Yunus oğlu Ələkbərov və Yasin Seyfulla oğlu Məmmədov isə “Vətən uğrunda” medalından məhrum edilib.

Axar.az xəbər verir ki, bununla da indiyə qədər “general” rütbəsindən və təltiflərdən məhrum edilənlərin sırası genişlənib. Belə ki, bundan öncə Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov, MTN-nin keçmiş əməkdaşı Akif Çovdarov rütbədən məhrum edilib.

MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinovun da general-mayor ali rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilib. Eyni zamanda, sabiq korpus komandiri, general Rövşən Əkbərov həbsdə olsa da, rütbəsindən hələ ki, məhrum edilməyib.

Globalinfo.az saytı yazır ki, Azərbaycanda iki şəxsin – Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıqov və MTN-in sabiq rəhbəri Eldar Mahmudovun da “general-polkovnik” rütbələrindən məhrum ediləcəyi gözlənilir.

“Proses başlayıb. Gedişat deməyə əsas verir ki, Eldar Mahmudov da, Nəcməddin Sadıqov da general rütbəsindən azad ediləcəklər. Bu həm də hüququn tələbi, qanunun diktəsidir”, - saytın məlumatında bildirilir.

 
 
Müəllif: Axar.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.