banner
banner

Sosİal

Narkomaniya ilə bağlı yeni qərar

Narkomaniya ilə bağlı yeni qərar

Alkoqolizm və narkomaniyadan əziyyət çəkən şəxslər ixtisaslaşdırılmış tibb müəssisələrində ambulator qaydada müalicə oluna bilərlər.

Cia.az xəbər verir ki, Konstitusiya Məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında bununla bağlı qərar qəbul edib.

Bildirilib ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunda xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Cəzaların İcrası Məcəlləsinin 17.1-ci, 17-1.1-ci, 17-1.5-ci və 17-1.6-cı maddələrinin Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar qəbul edilib.

Qərarda deyilir ki, Cinayət və Cəzaların İcrası məcəllələrinin müvafiq maddələri azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin cəza müddəti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən müalicəsinin həyata keçirilməsini istisna etmir. Bu baxımdan barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin təxirəsalınmaz müalicəsi ilə əlaqədar müvafiq tədbirlərin görülməsi Nazirlər Kabinetinə tövsiyə olunub.

Eyni zamanda Cinayət Məcəlləsinin müvafiq maddəsinin hüquqi təyinatı və məqsədinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna uyğun olaraq, barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq ixtisaslaşdırılmış tibb müəssisələrində ambulator qaydada müalicə oluna bilərlər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.